Ey şanlı Ərkim!
Əziz qardaşım Abbas Zamanova
Salam, ey qəhrəman, ey şanlı Ərkim!Başı tarix boyu tufanlı Ərkim!
Həqiqətlər dil açmış hər daşında,Məhəbbətlər dil açmış hər daşında,Cəsarətlər dil açmış hər daşında,Səni sarsıtmadı basqınlar, Ərkim!Bunu bilsin gərək azğınlar, Ərkim!
Qara əllər çəkinsin hiddətindən,Səni candan yaratmış millətindən,Bütün dünyaya bəlli qeyrətindən,Yaran bağrımdakı yaramdır, Ərkim!Ürək ağrımdakı yaramdır, Ərkim!
Yol olsaydı, var ol bəxtim deyərdim,Gəlib bir gün, sənə mütləq deyərdim,Önündə ehtiramla baş əyərdim,Əzizlərdən əziz Ərkim, can Ərkim!Təmizlərdən təmiz Ərkim, can Ərkim!
Görüşdük biz səninlə Təbrizimdə,Qalıb orda yəqin az-maz izim də,Deyil sənsiz gecəm də, gündüzüm də,Sən ey sansız yarayla canlı Ərkim,Mənim məğrur, azərbaycanlı Ərkim!
Səni xatırlaram həsrətlə hər gün,Çatır mən şairə qardaştək ərkin,Araz üstən baxırsan xeyli qəmgin,Sən ey haqq sözləri hicranlı Ərkim!Mənimtək gözləri hicranlı Ərkim!
Elə zənn etməsin yadlar – yadımsan,Mənim doğmam, ömürlük mərd adımsan,Vüsal uğrunda sonsuz fəryadımsanÖpüm gəl hər daşından bir də, Ərkim!Ağarmış dik başından bir də, Ərkim!
Öz əcdadın azərbaycanlılartək,Vurursan nəbzimizdə canlılartək.Gözü hey yol çəkən hicranlılartək,Müqəddəs abidəm, şöhrətli Ərkim!Döyüşlərdə mənim qeyrətli Ərkim!
İgid övladların dözməz bu dərdə,Buna biganə qalmaz bir nəfər də,Keşikçindir bu gün hər südəmər də,Salam, ey qəhrəman, ey şanlı Ərkim!Başı tarix boyu tufanlı Ərkim!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-ey-sanli-erkim
Use ← → keys to move, R for a random poem
More by this author
Fərhad Bədəlbəyliyə*Fərhad, oğlum, nə qəşəng bir peşə seçdin özünə,
Sabahı düşünürəmSabahını düşünürəm millətimin, özümün,Dünənimdən bu günüm xoş, bu günümdən sabahım.
Bağışlar səniYol ayrıcında qalanlara*Özünə elə bir yol seçmisən ki,
Sənə bağlıyamDostum Zeynal Məmmədova ithaf*Qarabağa cənnət desəm, tamam haqlıyam,
Poems by other poets · Separation
Düxtəri-napakdamən sanmayın hürriyyəti,Hər kəs olmaz rahyabi-hicləgahi-vüsləti.
MərdMənim bu müşkül dərdimə kim dözüb dayana mərd,Qəvvas kimi qərq olmuşam dəryayi-ümmana mərd.
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
GəlmədiGecə-gündüz yollarına baxaram,Hanı mənim barabarım, gəlmədi.