Fərhad Bədəlbəyliyə

Fərhad, oğlum, nə qəşəng bir peşə seçdin özünə,Zəhmətin oldu günəş taleyinin gündüzünə.Doğurur gör necə sevdalı könüllərdə bahar –O bəyaz dillərin üstündə gəzən barmaqlar!Dindirir dinməyinin incə ürək tellərini –Belə yaz ömrünə öz gəncliyinin illərini!Sev ürəkdən vətəni, alnıaçıq milləti sev,Nə gözəldir hələ bu atdığın ilk addımlar...Sənətin zirvəsinə öndə çətin bir yol var,Bu yolun yolçusu ol, qoy səni sevsin bu vətən,Yağsın ünvanına hər ölkədə əhsən, əhsən!Gəl bu mənalı vətən mülkünə məna gətirək,Ömrümüzdən keçən hər bir günə məna gətirək.Bürüyübdür məni də doğma atan tək həyəcan,Öpürəm bir də məhəbbətlə açıq alnından.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland