Sabahı düşünürəm
Sabahını düşünürəm millətimin, özümün,Dünənimdən bu günüm xoş, bu günümdən sabahım.Mən şairəm, hər kəlməsi həqiqətdir sözümün,Şənliklərdə söz nəğməmdir, döyüşlərdə silahım.Sabahını düşünürəm nəsillərin dərindən,
Arzusunda, əməlində özümüzü görürəm.Əlbir, dilbir dağları da oynadırlar yerindən,Uzaq görən, gözlərində gözümüzü görürəm.Sabahını düşünürəm vətənimin hər zaman,Zəhmətimdir ağ gününün təntənəsi, təməli.Sabahımdan, zərrə qədər mən deyiləm nigaran,Sabahımı düşünməsəm yaşamıram deməli.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-sabahi-dusunurem
Use ← → keys to move, R for a random poem
More by this author
“Hərdən belə səsin gəlsin,*Gözümüzün yaşın silsin”*
Şair Səhəndə cavabYaradan əlini sıx Süleymanın,*O, el dərdi bilən yüksək insanın.*
Dostum Cavad HeyətəQardaş! Qanımız bir, canımız bir, dilimiz bir,Hicranın əlindən sonu yox nisgilimiz bir.
Oralıyam mənİllərdir üzünə həsrət qaldığım,Doğma qardaşımdan aralıyam mən.
Poems by other poets · Homeland
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
Kiplinqlə söhbətUşaqlıqdan eşitmişdim adını mən:Vəhşilərlə, qurd-quşlarla ömr eləyən