Kiplinqlə söhbət
Uşaqlıqdan eşitmişdim adını mən:Vəhşilərlə, qurd-quşlarla ömr eləyənBir uşağın nağılına bələd idim.İlhamına, ağlına bələd idim.Bilirdim ki, ingilis şairisən,Vəsf edirsən seri, lordu, naziri sən.Vətənin var: Britaniya adasındaBir nöqtədir xəritələr miqyasında.Öz boyundan fəqət yüz yol böyük olanÖlkələri, torpaqları edir talan.O Şərqə də, o Qərbə də əl atıbdır,Bir yenilməz imperiya yaradıbdır.Qamarlayıb Hind, Pakistan torpağını.Ordan asıb Britaniya bayrağını.İngiltərə kəlməbaşı düşür yadaAfrikada, Avropada, Asiyada.Neçə ölkə İngiltərə himni çalır:Düz Məqribdən Məşriqədək xərac alırSənin yurdun torpaqlardan, millətlərdən.Deyirdilər vəsf edirsən bunları sən.Qəsbkarlıq niyyətini vəsf edirsən,Talançılıq şöhrətini vəsf edirsən.Kral verən hökmləri vəsf edirsən,Əliqanlı hakimləri vəsf edirsən,Britaniya ordusunun həmləsini,Lord Kellinin Hindistana gəlməsini,Əfqanların sizə təslim olmasını,“Cəngəlliklər qanunu”nun mənasınıDeyirdilər vəsf edirsən ürəklə sən,Deyirdilər cahangirlik şairisən.İnanmırdım!Mən o zaman uşaq idim,Şeir, sənət dünyasından uzaq idim.Allah kimi baxırdım mən şairlərə,Hökmü-fərman tək onlardır göyə, yerə,
Deyirdim ki, şair məddah ola bilməz,O məddahsa, demək, allah ola bilməz.Kiplinq, bu gün vətəninə gəlmişəm mən,Ayrılmışam kitablardan, xəritədən.Budur London, Vestministr abbatlığı,Burda sənin şöhrətinin son qalığı:Solğun məzar, xəritəyə dönmüş məzar...Bir zamanlar sənin adın diyar-diyarİmperiya ordusuyla bir gəzərdi...Dinlə, Kiplinq, bu gün qızıl bir səhərdi,London üçün nadir səhər, aydın səhər,Bu səhərdə məncə hər şey düz görünər.Düz görünər dünən, bu gün, şeir, sənət,Yoxa çıxmış imperiya, olan şöhrət.Dinlə, Kiplinq, gizləyirəm heyrətimi,Başlayıram məzarınla söhbətimi.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-kiplinqle-sohbet
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Eyvanım Bakıya açılır mənim,Eyvanım bir görüş yerinə bənzər.
AğlaramŞikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
VətənKalvayı Məhəmməd ağa, gördü düşüb dara vətən,Kömək yoxdu, arxa yoxdu, qalıb baxtı qara vətən,
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım