Robert Bernsin evində
Taleyinə bir möcüzə düşüb hər kəsin,Dolaşıram mən evində Robert Bernsin.Bu bir evmi, ya tövləmi – söyləmək çətin,Şotlandiya, bu daxmada güldü şöhrətin.Robert Berns bu daxmada açdı gözünü,Beşikdə yox, ehtiyacda gördü özünü.Kiçik daxma sanki ömrü sıxmaq üçündür,Ovuc boyda bir pəncərə baxmaq üçündürBu dünyanın gərdişinə, Aya, Günəşə.Hər nə gördü – ovuc boyda gördü həmişə.Çörəyi də ovuc boyda oldu Bernsin,Səadəti ovuc boyda – soldu Bernsin.
Hər nə gördü ovuc boyda...Bircə qəm, kədərDağlar qədər, düzlər qədər, asiman qədər.Otuz yeddi il yaşadı Berns yarıac,Hər ilin də yarpağında bir söz: ehtiyac.Ehtiyacı ovcuna o, yığdı zər kimi,Pul görmədi ovcu bütün şairlər kimi.
Dolaşıram mən evində Robert Bernsin,Taleyinə bir möcüzə düşüb hər kəsin.Əllərimdə şotland funtu, üstündə şəkil,Pulun üstə Robert Berns! Möcüzə deyil!Britaniya ellərini dolan sərasər,Nə istəsən, bu Bernsli pula verərlər.Dükan, bazar – hara getsən götürmə açar,Bu pul üçün qapısını lordlar da açar.O evlər ki, qəsrlər ki, o qapılar ki,Açılmazdı qarşısında şair Bernsin, –İndi kral, keşiş, nazir az tapılar ki,Bu Bernsli yaşıl funta fikir verməsin.Əlimdə də funt sterlinq – bu yaşıl kağız,Dodaqaltı bu sözləri deyirəm yalnız:Sən tövlədən seçilməyən, balaca daxma,Belə miskin görkəminə kədərlə baxma.Sən alisən min-min kral imarətindən.Mən də gəldim Azərbaycan məmləkətindən.Mən başımı hüzuruna əyməyə gəldim,Mən Bernsin öz dilində deməyə gəldim,Azərbaycan kəlmələri dinir mehriban,Baxır mənim dodağıma Berns pərişan,Onun şeri dinir burda mənim dilimdə! –Mümkünmüdür şair ruhu qalxıb görməsin?Elə bil ki, dil açacaq indi əlimdəYaşıl funtun üstündəki şəkli Bernsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-robert-bernsin-evinde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
GördümMəqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,
DərdimiQadir Allah birliyini sevirsən,Yetər gələn bir dəvayə dərdimi,