Vədə çatdı,Demək yenəQayıdıram mən Vətənə!Kim saxlayar burda məni?!

Çəkir doğma yurda məniÖz torpağım, məmləkətim,Beş-on günlük bu həsrətim...Verməsələr maşın, qatar,Təyyarələr uçmasalar,Lap sürünə-sürünə mənQayıdaram yad ölkədən.Fəqət...Fəqət onun üçünBağlanıbdır yollar bütün.Baxır mənə sözlü kimi,Baxır milyongözlü kimiTanış bir şey görsün deyə.Ürəyini yeyə-yeyəBaxır mənim paltarıma,Əyilməyən vüqarıma.Möcüzəyəm, yoxsa nəyəm –Mən yurdluyam, vətənliyəm!O, mühacir...O, qaçaqdır...Bu sayaq da qalacaqdır.Bir tikəyə, yağlı payaGəldi bir vaxt Avropaya.O, cənnətə düşüb sandı,Nə itirdi, nə qazandı? –Bir mühacir damğasınaQürur sına, vüqar sına,Ümid itə, vətən itə.Dönə canlı bir meyitə!..İndi baxır mənə sarı,Nələr demir baxışları!O istəyir yaxınlaşa,Ayaqları dönür daşa.O bilir ki, mənə yaddır,Gözündəki bu imdadlar:“Mən bir toza dönəydim kaş.

Qayıdaydım o diyara,Doğulduğum torpaqlara...”Deyə bilmir, dili laldır.Sən Anteyi yerdən qaldır,Ayağını torpaqdan üz,Bir yarpağı budaqdan üz –Yaşayarmı?Ölər hökmən,Qayıdıram vətənə mən.Osa burda qalacaqdır,Mühacirtək öləcəkdir.Vətənədir mənim yolum.Qanadına qurban olum,“Tu”, başa düş həsrətimi,Bir az artır sürətini.

Oktyabr – noyabr 1976Orta Avropa

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland