Göyərçinin qan qardaşı alabaxtaPəncərəmin qabağında bir budaqdaÖz səsinə heyran kimi ötür: qur-qur,Elə bil ki, öz-özünün vurğunudur.Ürəyimdə baş qaldırır arzu-istək:Əllərimi bu quşcuğa vuram gərək!İlıq-ilıq sığallayam lələyini...Quş deyəsən başa düşdü diləyimi.Qopdu yaşıl budağından külək kimi,Göy səmaya milləndi o, fişəng kimi.Mən ki ona əl vurmazdım pis niyyətlə,Oxşayardım bir insani məhəbbətlə.Seyr edirəm: fəzaları yara-yaraO, baş vurur buludlardan buludlara.Elə bu dəm hücum çəkdi qırğı ona,Şimşək kimi şığıyırdı öz ovuna.Nəğməkarın lələkləri çözələndi,Göydən yerə əlçim-əlçim tük ələndi,Ət hərisi, qan hərisi qırğıya bax,Caynaqları iynə-iynə, bıçaq-bıçaq.Onun üçün pərvaz nədir, nəğmə nədir –Gözü yalnız həmcinsinin ətindədir.Heyrət, qana hərislərin bu halına!Mən baxıram quşla quşun cidalına.Alabaxta gördü ömrün son anını.Qurtarmaqçün bu hərisdən öz canınıEndi yerə buludlardan sürətlə o,Gəlib girdi qucağıma cürətlə o,Bayaq məni özü üçün düşmən sanan,Əllərimi uzatmamış havalananMənə pənah gətirmişdir indi budur.Köksündə bir imdad deyən ürək vurur.Həmcinsinin əllərindən qaçan bu quş,Pənah üçün yad qucağa uçan bu quşYəqin bildi dostluq nədir, düşmən nədir,Bildi ömrü etibarlı əllərdədir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets