Yağışdan qorxuram,Güclü yağışdan...Göylər kirpik çalıb ağlamamışdanQorxudur yağacaq leysanlar məni.Yox, yox, qınamasın insanlar məni.Sönməkdən qorxuram,Sönmək yamandı!Bir ovuc boz külə dönmək yamandı...Lalədən rəng alan parlaq közəm mən,Nəfəsi atəşli, odlu sözəm mən,Alışan tonqalam, yanan tonqalam,İstərəm ömürlük bu sayaq qalam, –Onunçün qorxuram güclü yağışdan...

Bir də ki, buz rəngli soyuq baxışdan.Ah, soyuq baxışlar,Soyuq baxışlar!Sizdən gileyim var, şikayətim var.Uçmaq istəmişəm – endiribsiniz,Yanmaq istəmişəm – söndürübsünüz,Dinmək istəmişəm – susdurubsunuz.Siz məni öldürüb, basdırıbsınızSözsüz, hərəkətsiz –Soyuq baxışla!Təmiz bir duyğuyla, saf anlayışlaGünəş hərarətli közə dönmüşəm,Lakin sizi görcək buza dönmüşəm.İçimdə boğulub qalıbdır səsim,Sönübdür alışmaq, yanmaq həvəsim.Onunçün qorxuram soyuq baxışdan.Yağışdan qorxuram...Güclü yağışdan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring