Hamıdan çox torpağıma inanıram,İstəyirəm hər an onu seyrə çıxım,Üzərində yeriyirəm, dayanıram,Düşür zərif sinəsinə ağırlığım.

İnanıram, yenə möhkəm saxlayacaq,Qoymayacaq məni o, dar ayağında.Cavan ölsəm, bulaqlarla ağlayacaq,Qoca ölsəm, dəfn edəcək qucağında.

Bir dən atsam bu gün onun cadarınaMənim üçün min-min sünbül yetirəcək.Ehtiyacım olsa qışda baharınaQar üstündə qızılgül də bitirəcək.

İnanıram, düşməninin qabağınaÖzgəni yox, ilkin məni göndərəcək.Yara dəysə bir ağacın budağınaYalnız məni o, məlhəmə döndərəcək.

Lazım gəlsə çevriləcək yad qəbrinəMənim üçün gülzar olan hər qarışı,Yer üzünə min il sonra gəlsəm, yenəKaş mən olam bu torpağın vətəndaşı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring