Sanei-qüdrətdən siyəb xalların,Arizində nə zindanə duşübdür.Birisi həbəşdir, birisi hindu,Bəd əməllər xoş məkanə düşübdür.Əzizim, nə məkani,Dehqanın nəm əkani,Eşqinin avarəsi,Nə yeri, nə məkani?Aşiq ilen əvvəldən,Yediyin nəmək hani?

Pərtovi-cəmalın oldu münəvvər,Təəccüb eylərəm, Allahü-əkbər!Mehri-rüxsarindən xurşidi-ənvər .Bir zərrədir asimanə düşübdür.Əzizim, asimanə,Zülf üzdən asma yenə.Verməz fələk hərifiŞah-cənnət asi mənə.Həsrətindən fəğanimÇulğaşıb asimanə.

Qaşların fitnədir, gözlərin cadu,Xədəngi-müjganın mənə tutdu ru.Gəlib can almağa kafəri-bədxu,Ver nəsihət, bəd gümanə düşübdür.Əzizim bu gümani,Dərs oxu begu məni,Fərağında könlümün,Yox idi bu gümaniÇəkməz hüsnün surətin,Gəlsə iki yüz Mani.

Hərami gözlərin salıbdır cəngi,Yay qaşların müjgan olub xədəngi.Çapdı ingilisi, rumi, firəngi,İndi fikri İrəvanə düşübdür.Əzizim İrəvani,Həccdən İrəvani,Nə zülm oldu, görmədinAşiqə irəvani!Az qalıb gözüm yaşıYıxa, gəl, İrəvani.

Şöleyi-ahimdən tutuşdu aləm,Nə səbəbdən sənə yetmədi naləm?Əndəlibəm, şükr eylərəm dəmadəm,Həsrət gözüm gülüstanə düşübdür.Əzizim gülüstani,Oxudum "Gülüstan"i,Gülşəni-hüsnün görənİstəməz gülüstani.Səndə olan lətafətBax gör, gül üstə hani?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring