“Keyfiyyət nişanı” vurulur indi
“Keyfiyyət nişanı” vurulur indiMaşına, kibritə, lap kəlbətinə.Fəqət belə nişan tapmaq çətindiVurula insanın keyfiyyətinə.
Ürəkdə infarktı, qan dövranınıRentgen şüaları göstərir fövrən.Qəlbin saflığını, həyəcanınıGöstərən bir cihaz istəyirəm mən.
Cərrah kəsib atır çirki, irini,Kəsilir bəd yara, böyrəkdəki daş.İnsanın yaramaz əməlləriniKəsən bir bıçaq da tapılaydı kaş.
Arzular gözəldir!Hər sözümüzdəSaflığı, düzlüyü salırıq yada.Bunu deyə-deyə biz özümüz dəNələr eləmirik qoca dünyada!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-keyfiyyet-nisani-vurulur-indi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Təbrizdə badam ağacları çox*Borana düşdü yenə,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi