Peredelkino
Köhnə dostum elektrik qatarı,Söylə, belə tələsirsən haraya?Bu təkərlər yüz yol məni aparıbOçakova, Solneçniyə, Naraya.
Moskvadan bəzən gecə çıxardıq,Bir vaqona tələsərdik hərəmiz.Pəncərədən işıqlara baxardıq,Çox zaman da sıx olardı yerimiz.
Bəzən yuxu gözümüzü qapardı,Peredelkin vağzalını keçərdik.Görərdik ki, qatar bizi apardı,Günlərimiz təkər üstə keçərdi.
Bəzən də biz qəsdən kələk qurardıq,Bir qız mavi gözlə kəmənd atanda.Özümüzü tez yuxuya vurardıqPeredelkin vağzalına çatanda.
Bəzən qayda-qanunu da pozardıq,Biz vaqonu qərq edərdik tüstüyə,Şerimizi oğrun-oğrun yazardıqAdi “Kazbek” qutusunun üstünə.
Vaqon həmin, qatar həmin, yol həmin,Bircə gedən sərnişinlər başqadır.Bəs o kimdir?Odu qalxdı sinəmin.Gözüm onu bir nəfərə oxşadır.
Rus qızları evlərdə də, bağda daÇastuşkanı birağızdan deyərdi.Heç bilmirəm qırx dərəcə şaxtadaDondurmanı onlar necə yeyərdi!
Lap indi də dodağımda bal dadır,Yaz çağının ağcaqayın şirəsi.Göbələklər gözü yaman aldadır,Bir rəngdədir, bir tamdadır hərəsi.
Sanardım ki, şamlar zümrüd gölündə,Ağcaqayın bəyaz süddə çimibdir.Bu uzanan sonsuz kartof çölündəDolaşalar bir qara xal kimiydi.
Köhnə dostum elektrik qatarı,Səni gördüm dilə gəldi duyğular.Peredelkin çeşməsinin axarıNiyə belə sozalıbdır?De, nə var?
Fadeyevin bağı susur kədərlə,O gedəndən osinalar qocalıb.Pasternakın dolaşdığı bu yerdəİndi onun məzar daşı ucalıb.
Yadımdadır,Tyorkinin atası¹Bir qış günü bura gəldi bizimlə.O deyildi torpaq altda yatası,İndi onu axtarıram gözümlə.
¹ A.Tvardovskiyə işarədir.
O Apollon övladları hanı bəs,Ləpirləri xəzəl altda qalıbdır.Eşidilir başqa nəfəs, başqa səs,Başqaları bura ləpir salıbdır.
Budaqlarda təzə ilin yarpağı,Ayaq altda köhnə ilin xəzəli.Gözlərimi cavan qovaq budağı,Xəyalımı xatirələr bəzəyir.
Köhnə dostum elektrik qatarı,Şütüyürsən dərədə sən, düzdə sən.Gəl, bir keçək xatirəli yolları,Apar məni, apar hara istəsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-peredelkino
Use ← → keys to move, R for a random poem
More by this author
Dənizin səthinə bax, gör nə hamar.Dayanıb seyr eləsən diqqətlə,
LövhəSəmada dövrələnirkənbuludların düzümü,
Dəniz sakit olandaDəniz sakit olandaSahilə gəldi uşaq.
Qatardan ayrılmış durnaQərib bir durnayam, ay dost, qatardan ayrı düşdüm mən,Qəfil güllə cüda saldı məni ulduzlu göylərdən.
Poems by other poets
Bilmirəm mən yeri, dünyanı yaratdın nə üçün?Dağlan, bağı, gülüstanı yaratdın nə üçün?
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Rubaiyat, 185در دل نگذارمت که افگار شویدر دیده ندارمت که بس خوار شوی