Dənizin səthinə bax, gör nə hamar.Dayanıb seyr eləsən diqqətlə,Deyəcəksən o zaman heyrətlə,Deyəcəksən hökmən:Suların örtüyü vardır şüşədən.

Dənizin səthinə bax, gör nə hamar.Göylərin əksi düşübdür sulara.Dənizin rəngi yaşıl, mavi, qaraQırmızı, ağ və sarı –Bir ipək tül kimi örtmüş suları.Seyr edib söyləyəcəksən hökmən.Suların örtüyü vardır şüşədən.

Yenə şiddətlənib hayqırdı külək:Baxıram dalğalanıb coşdu sular,Mavi səhranı sanki şumladılar! –Dənizin şüşəsini qırdı külək.

Livadiya, 1958

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets