Gözlərin
Mənimçün yol yoxdur burdan o yana,Eviniz sonuncu dayanacaqdır,Gözlərin salıbdır məni tufana,Onlar da tufandan qurtaracaqdır.
Qovacaq yolumdan qatı zülməti,Onlarla güləcək hər arzum mənim.Mənə bəxş edəcək əbədiyyətiBir cüt qara rəngli ulduzum mənim.
Həyat yollarında azsam da bu günO gözlər edəcək yolumu bəlli.Yelkəni daşlara dəysə ömrümünO gözlər olacaq mənə təsəlli.
O gözlər atəşli vulkan kimidir,Soyumaz alovu, sönməz ziyası.O gözlər el qoşan dastan kimidir, –Yalansız, riyasız, rəngsiz, boyasız.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-gozlerin
Use ← → keys to move, R for a random poem
More by this author
Qədim Yunanıstanda belə əfsanə varmış:Orda Prokrust adlı qorxunc qaçaq yaşarmış.
Ah, neçə ünvana getmir ayağımAh, neçə ünvana getmir ayağım,Neçə qapı zəngi cingildətmirəm.
Nə istəyirəmNə sənintək çatım uca bir rütbəyə,Nə var-dövlət, nə bağça-bağ istəyirəm.
YalanBaşçı yalan danışsaEllər çəkər xəcalət.