Ulduzlar oyaqdı, qəmər oyaqdı.Gecə rəngindədi hələ dan yeri,Ulduzlar içindən bir ulduz axdı,Şəridə bənzədi uzaqdan yeri.

Büsbütün çəkilib yuxum gözümdən,Yerimə qor dolub niyə? Bilmirəm.Bu saat otaqdan çıxacağam mən,Hara gedəcəyəm? Deyə bilmirəm

Fəqət gedəcəyəm...Dar dalanları,Əyri küçələri adlayacağam.Yuxunun qoynunda məst olanlarıOyaq gözlərimlə odlayacağam.

Otlar arasıyla axan su kimiSəssiz gedəcəyəm bu gecə yarı,Şəhərin bir ulduz oğrusu kimiƏlim uzanacaq göylərə sarı.

Orda – yuxarıda açıq pəncərəQaranlıq gözüylə baxacaq mənə.Beləcə çıxıram hər gün səfərə,Baş vurub gecənin qəribliyinə.

Gecəni gündüzə qatıb haçaqdırGəzirəm...Taleyim bəlkə oyana...Eviniz sonuncu dayanacadır,Mənimçün yol yoxdur burdan o yana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets