Külək əsir... Yağan qarıÇökəklərə doldurur.Qar örtdükcə dolaylarıNə cığır, nə yol durur.Elektrik dirəkləriYel əsdikcə laxlayır,Qışın dəli küləkləriKeçənləri saxlayır.Gah qapını, pəncərəni,Gah tavanı döyür yel.Dəli çovğun dağ-dərəniDüzləyəcək elə bil.Sanki bir də susmayacaqBu sərt çovğun, bu boran...Səhər oldu baxdım, ancaqSakit idi asiman.Yer üzünü örtsə də qarGöyün üzü duruldu,Yoxsa ruzgar, dəli ruzgarBirdən-birə yoruldu?Gəncliyim də belə keçdi –Dünənki ruzgar kimi:Sinə vurub elə keçdi,Susdu dalğalar kimi.Coşdurammaz onu bir kəs,Kim qaytarar onu, kim?Yox, yox, bir də geri dönməzO dəlisov gəncliyim.

Moskva, 1957

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets