Dəniz sakit, hava ilıq, arabirEşidilir bir ürəyin qəm səsi.Yayılaraq qaranlıqda əriyirBir yadelli dənizçinin nəğməsi.

Haralıdır? – deyəmmərəm bunu mən,Anlamıram o qəribin dilini.Bilirəm ki, bir həsrətdir titrədənDənizçinin ürəyinin telini.

Nədir onun nəğməsində oxunan –Vətəninmi, bir qızınmı həsrəti?Ah, biləydim ürəyinə toxunanO nisgili, intizarı, möhnəti.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation