Oxu!
(Rəşt radiosunda Azərbaycan musiqisini dinlərkən)
Gözlərim gözündən uzaq olsa da,Oxu, dinləyirəm səni efirdən.Səmanı çən-çisək, bulud alsa da,Dalğada səsini axtarıram mən.
Elə axtarıram, görsən sanarsanMən çiçək gəzirəm, sənsə baharsan.Görsən nə susarsan, nə dayanarsan –Sən hey oxuyarsan, hey oxuyarsan.
Necə gözəl gəlir o ləhcən, səsin,Hər nəğmən yarama məlhəmdir, nədir?!Ürək kövrəlməsin, ürək neynəsin –Hər xalın, zəngulən aləmdir, nədir?!
Gəzib-görməsəm də sizin o Rəşti,Bilirəm, dost eli, dost torpağıdır.Sənin oxuduğun “Gəraylı”, “Dəşti”Dərdi gah artırır, gah da dağıdır.
Yandır, o nəğmənlə qəlbimi, yandır!Bu sayaq yanmaq da bir səadətdir!Şikəstə deyirsən – sanıram Xandır,Mahnı oxuyursan – sanki Şövkətdir!
Sazın dilə gəldi, ceyrandan dedin,Sandım sən deyilsən – Aşıq Pənahdır!Şirvandan söz açdın, Muğandan dedinSəni dinləməmək, qardaş, günahdır!
Burda eşitdiyim “Sənsiz”, “Bəri bax”Başqa cür səslənir dilində sənin.Başqadır “Lalələr”, “Pəri”, “Çalpapaq”.Başqadır o “Qaragilə”n də sənin!
Oxu, dilə gəlsin, oxu oyansınNə vaxtdan uyuyan həsrətim mənim.Hər dəstgah səhərə çəksin, uzansın,Efir dinləməkdir qismətim mənim!
Canımdan yorğunluq, gözümdən yuxuÇəkilir bir anda, oxu, sən yenə.Sən ey uzaq elli yaxın dost, oxu,Nəğmən təsəllidir, ümiddir mənə...
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-oxu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Əgər dünya budur, bixanü biman olmamız yegdürƏgər dünya budur, bixanü biman olmamız yegdür,Buraqıb işrət əsbabını üryan olmamız yegdür.
Bayram çiçəkləri(Qızımın nəğmələri, Qızım Şəlaləyə)*Salam, salam, ay çiçəklər!
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.