Əgər dünya budur, bixanü biman olmamız yegdür
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Əgər dünya budur, bixanü biman olmamız yegdür,Buraqıb işrət əsbabını üryan olmamız yegdür.Bu isə şeyxü vaiz, məscidü minbər tamaşası,Xərabat əhlidin məstü qəzəlxan olmamız yegdür.Bularsa ol cəmaət kim, urarlar lafi-bəxşayiş,Yetər cəm'iyyəti-xatirpərişan olmamız yegdür.Əgər dövlət budur kim, dundən, xəlqi itaətdən,Gəl, ey həmdəm, əlaxan olmamız yegdür.Bulay kim, əl verə bir sərvi-xoşrəftar pabusu,Cəhanda sayədən xak ilə yeksan olmamız yegdür.Nədir keyfiyyəti zöhdü ribavü şəttü damanın,Gigib divanəvəş məstü qəzəlxan olmamız yegdür.Gəhan gülzarının xəndan gülü bərbad olur axır,Buludtik gah xəndan, gah giryan olmamız yegdür.Bulunmaz çün cəhan məmurəsində xaneyimunis,Ənisi-qəm, müqimi-gənci-viran olmamız yegdür.Dədü damın hərifi olmanız, muri-zəifləriz,Demə, ey Sadiqi, mülkə Süleyman olmamız yegdür.
Kitabxana.az · https://kitabxana.az/en/works/sadiq-bey-efsar-eger-dunya-budur-bixanu-biman-olmamiz-yegdur
Use ← → keys to move, R for a random poem
More by this author
Öylə sərkeşlik edir sərvi-qədi-rənasıKi, yetişməz bəni-üftadəyə istiğnası.
Püstə nə deyər, bəhsini eylər o dəhanınPüstə nə deyər, bəhsini eylər o dəhanın,Ağzına bax ol ağzı açuq hiç mədanun.
İstərəm həmdəm olum bir neçə Məcnunlar iləİstərəm həmdəm olum bir neçə Məcnunlar ilə,Yəni aşiqlər ilə, didəsi pürxunlar ilə.
Sərv qaldı cilvədən sərvi-xuramanım görübSərv qaldı cilvədən sərvi-xuramanım görüb,Gülməz oldu gül daxi gülbərgi-xəndanım görüb.