Öylə sərkeşlik edir sərvi-qədi-rənası
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Öylə sərkeşlik edir sərvi-qədi-rənasıKi, yetişməz bəni-üftadəyə istiğnası.Əl uzatmaq üçün sağərə yetməz mey ola,Saqinin guşeyi-çeşmilə bizə iması.Bir kərəz xatiri-pürçininə yol tapmiyəli,Səri-kuyindəki matəmzədələr qovğası.Meyli kəcrulərəvü lütfi dürülər caridir,Xubluq rövzəsinin sərvi-güli-rənası.Bəsi bənzər qədinə sərvi-səhinin, ya Rəb,Bicəhət durmağ ilə bunca nədir dəvası?Üstüxani-tənimi eşq hüması götürür,Yerdə qalmaz kişinin yaxşı isə kalası.Olmasaydı itigi həlqə bequş olmaz idi,Sadiqi, mehrü vəfa təkyəsinin babası.
Kitabxana.az · https://kitabxana.az/en/works/sadiq-bey-efsar-oyle-serkeslik-edir-servi-qedi-renasi
Use ← → keys to move, R for a random poem
More by this author
Şekoft imas ki, nəsimi-səxavət ilə bu gün,Bənəfşə qamətidin getsə əzayi-əna.
Əgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarıƏgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarı,Xoşam kim, hasilimdür hər zəman bir şux didarı.
O kim, nüsrət verür nüğli-kəlamullah ehkamıO kim, nüsrət verür nüğli-kəlamullah ehkamı,O kim əvan olur şər'i-nəbiullah göftarı.
Dəhr dərmandələrdən müşkili asan eylərDəhr dərmandələrdən müşkili asan eylər,Hicr ilə dərd birdir, vəslilə dərman eylər.