Əgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarı
What is a qasida?
Qasida: a long, formal poem of praise or counsel.
Əgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarı,Xoşam kim, hasilimdür hər zəman bir şux didarı.Sevdigim, gər biqərarəm, ahu əfğandur işim, şadəmKi, hər saət tutub seyr eylərəm bir səhni-gülzarı.Degil hər qanda isə bəhri-əşkim gövhəri zaye,Qoyarlarmı bəsirət əhli yerdə dürri-şəhvarı.Əgərçi dağdarəm qərib ilə çərx hər saət,Mana mənzur edər hər qanda bar bir lalə rüxsarı.Əgərçi təlxkaməm, möhnət ilə hər zəman eylər,Zəmanə həmzəban kamimcə bip ləli-çəkərbarı.Qərari-istiqamət vermədüm öz ixtiyar iləKi, əldən ixtiyarım eyləyib bir şux rəftarı.Bana cövr eylədükcə qeyri-canan mərhəmət eylər.Ola tək Tarı yar, əda olur ə'vani-ənsari.Məni bu qəhr ilən hər yar görsə, mehribanımdur,Bəli, hər ruzinə tutar xurşid ənvarı.Bana yar olmasaydı xublər mehri bu qürbətdə.Şəmatət yolundin kim, döndərərdi çərxi-qəddarı.Könül şad eylərəm bir söz ilə növhə budur,Qaçan azad olur qəm qeydidin qürbət giriftarı.Əgər qürbətdə xarəm, izzətim yox, ariyəm qəmdən.Anınçün kim, qürbətin xarlığındin yoxdur ari.Bu istedad ilə dövran bəni eylərmidi mövcud,Əgər bilsəydi bu canbin cəhanda var xiridarı.Bəni xar etmək üçün qürbü vəsli qeyrə tapşırdı,Çəmən içrə, bəli, bihudə dehqan bəkləməz xarı.Məni-üftadəni, ey dəhri-dun, hər dəm basıb keçmə,Qəribin gərçi deyərlər pəst olur hər yerdə divarı.Səzavari-məhəbbətdür ədu bəzmi-fəraqətdə,Mənimi gördün, ey çərxi-fələk, möhnət səzavarı.Cəfa çox eylədün, dövran, mana, ərz eylərəm imdiOna dərdi-dilim kim, vardur, əhldir qəmxarı.
Kitabxana.az · https://kitabxana.az/en/works/sadiq-bey-efsar-eger-sergesteyi-dehr-eyledi-dovran-meni-zari
Use ← → keys to move, R for a random poem
More by this author
Göz yaşım vermə qəmi-ahi-səhərgahlərə,Yanar əflak könüldən çəkilən ahlərə.
Rəhm edib atmaz oxun yar ürəgim yarəsinəRəhm edib atmaz oxun yar ürəgim yarəsinə,Bumudur xubların çarəsi biçarəsinə.
Hüsnün ki, canibi-xəti ənbərfəşan tutarHüsnün ki, canibi-xəti ənbərfəşan tutar,Axır cəhanı fitneyi-axırzəman tutar.
Navəki-cövrün sinəmə könlüm ona peyvənd eylənüzNavəki-cövrün sinəmə könlüm ona peyvənd eylənüz,Bu səmərdin nəxli-ömrümni bərumənd bar eylənüz.
Poems by other poets · Love
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
YetmədiÖmrüm ah-vay ilə keçdi dünyada,Həsrət qaldım, əlim yara yetmədi.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Zəmanədən şikayətFəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.