Rəhm edib atmaz oxun yar ürəgim yarəsinə,Bumudur xubların çarəsi biçarəsinə.

Tüşdilər bir-birinə didəvi dil ləlin üçün.Qan olur, girmək olurmu buların arəsinə.

Yandı bağrım, könül ayinəsini tutdu qübar,Düşəli xalü xəti arizü rüxsarəsinə.

Girdbad eylədi dəvi məni-sərgəştə ilən,Yetiməz hər kişi dəşti-qəmin avarəsinə.

Dedilər sərvi-qədi cilvəgər oldu yarın,Getdimi göz seyli sirişkim bilə nəzzarəsinə.

Tökülən damənimə qətreyi-əşkim gecələr,Fələkün tənə edər sabitü səyyarəsinə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Sadiqi, gər yürəgün qanın içər, ah etmə,Könlüni vermiş idün qəmzeyi-xunxarəsinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love