(Nəğmə)

Yadındamı, gözəl yar,Dedin mənə bir bahar– Qəlbim səni arzular.Sonra, ey gözəl mələk,Nə tez unutdun məni?

Sənin eşqinə hər anQəlbim olmuş aşiyan.Söylə, sevimli canan,Sən ey ətirli çiçək,Nə tez unutdun məni?

Qəlbindədir ürəyim,Diləyində diləyim.İstəyimdir, istəyin.Həyat səndədir demək,Nə tez unutdun məni?

Əhdinə bel bağladım,Dəniz kimi çağladım,Fəraqında ağladım.Axan bir göz yaşı təkNə tez unutdun məni?

Sənin eşqinə hər anQəlbim olmuş aşiyan.Söylə, sevimli canan,Səni unutmaz ürək,Nə tez unutdun məni?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love