Gəldin, darıxırdım, açıldı könlüm,Yenə də göylərdən ay baxanda gəl,Dağlara düşəndə səhərin şehi,Qızlar yaxasına gül taxanda gəl.

Bənövşə boynunu əyib duranda,Ulduzlar göylərdə büsat quranda.Üfüq durulanda, göy durulanda,Sellər, şəlalələr gur axanda gəl.

Gəl, elə danışım elə gülüm ki,Yanında bir sözüm olmasın iki.Mən elə susmayan bir bülbüləm ki,Qəlbimdə arzular od çaxanda gəl.

Gəl sular qızanda günortaçağıGünəş yandıranda daşı, torpağı,Oxuyub nəğmə de könlüm sayağı,Qəlbim sənin üçün darıxanda gəl.

Hər sözün öz yeri, öz məqamı var,Ürəkdə qalmasın təmiz arzular.Ondakı qəlbimi gələcək vüsalOduna yandırıb, həm yaxanda gəl.

Baharda, payızda, qışda gəl barı,Qalın qar tutanda düz yamacları.Gətir gəlişinlə ilkin baharı,Yenə də göylərdən ay baxanda gəl.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring