Romans
Dünən gecə sevincim uca dağlar aşırdı,Bu gün isə kədərim olmuş dənizlər qədər.Dünən qəlbim əbədi qəmlə vidalaşırdı,Bugün onu yenə də qarşılayır mükəddər.Dünən qəlbim bir anlıq xoşbəxt sandı özünü,Məhrəm oldu nəfəsim isti yar nəfəsilə.Dünən eşqi dinlədim nəvazişlər içində,Şirin yuxuya getdim onun zümzüməsilə.Dünən illər həsrəti qəlbimdən uçdu, getdi,Bu gün isə əbədi köçüb getdi, getdi yar.Fəqət acı göz yaşı bir də şirin xatirəQaldı mənə, o gündən, o gecədən yadigar.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-romans
Use ← → keys to move, R for a random poem
More by this author
Oxşadım, yalvardım, dedim, danışdım,Bir ani həsrətdən yanıb alışdım,
QızılgülQızılgül çağırdı məni bir səhər,Yanına tələsdim bülbülsayağı.
MiniatürlərÜzgüçütək dənizdə ay bu gecə üzür hey,Dalğalara işıqdan boyunbağı düzür hey.
Ey kaşÖlümün qarşısını pul, qızıl alaydı kaş,Satardım var-yoxumu, hər nəyim var satardım.
Poems by other poets · Love
Könlüm yenə bir kasə qızıl qano dönübdür,Qan olsa böylə zülmlə hər yanə dönübdür!
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Gəl, ey vəhdət qəzalı, Sən bu səradən nə istərsən?Gəl, ey vəhdət qəzalı, sən bu səhradən nə istərsən?!Xəyalın həmnişin oldu bu tənhadən nə istərsən?
وقت آن شد کز دلم صبح سعادت سر زنددولت دیدار یارم حلقهای بر در زند