Sevgilim
Ulduzlar göylərdə qatar-qatardır,Qəlbimdə dil açan xoş arzulardır.Dünyanın min rəngi, min hüsnü vardır,Həyatın qədrini bilək, sevgilim.
Gözləri oxşayır hər yaşıl ağac,Göylərin başında lacivərdi tac.Qəlblərə ruh verir hər zümrüd yamac,Yaşamaq bir sonsuz dilək, sevgilim.
Həyatın mənası dərindir, dərin,Min bir bəzəyi var torpağın, yerin.Yaşamaq dünyada hər şeydən şirin,Həyatın üzünə gülək, sevgilim.
Göylərə nəzər sal, hər səhər çağıGünəş oyadanda daşı, torpağı,Hər səhər seyrə dal dərəni, dağı,Coşacaq qəlbində istək, sevgilim.
Dünyanın bəzəyi, zinəti insan!Həyata üz çevir qəmlənən zaman.Məşələr yolunu gözləyir hər an,Təbiət gözəldir, göyçək, sevgilim.
Bəzən qanadlarım qırılar, düşər,Kədərim yanımdan yeltək ötüşər.Könlüm vüsalınla yenə görüşər,Həyata bağlıdır ürək, sevgilim.
Qəlbimi oxşayır hər yaşıl çəmən,Kömək diləmirəm hələ kimsədən.Göz görür, qəlb duyur, bəxtiyaram mən,Dünyanı gəl qoşa gəzək, sevgilim.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-sevgilim
Use ← → keys to move, R for a random poem
More by this author
Həyatımın yeni bir mərhələsi,Qəlbimdə yeni döyüntülər,
Mənim balaca LeylamGəlir zərif pərvanətəkQonur hər gün yatağıma.
Dauqavaİncə bir çiçəyim vardı, Dauqava,Bir gözəl-göyçəyim vardı, Dauqava,
Öz-özünə bitən güllərTəbriz küçələrində gəzir bir dəstə uşaq.Səhərdən axşamadək gəzir, dolanır, ancaq
Poems by other poets
Surətin nəqşində könlüm, ey sənəm, heyran olur,Bir nəzər görsəm, camalın dərdimə dərman olur.
GedimCanım ana, gözüm ana,Bir dua qıl, mən də gedim.
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi