Surətin nəqşində könlüm, ey sənəm, heyran olur
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Surətin nəqşində könlüm, ey sənəm, heyran olur,Bir nəzər görsəm, camalın dərdimə dərman olur.
Kənzi-məxfidir sənin eşqin, yeri viran könül,Şol cəhətdəndir, şəha, gəncin yeri viran olur.
Leylətül-qədr üştə zülfün, həq kitabıdır üzün,Qibləsi aşiqlərin bil, surəti-rəhman olur.
Cövrünü hər kimsə çəkdi, lütf anındır bigüman,Dilbərin cövrü cəfası aşiqə ehsan olur.
Mah-rüxsarın qatında kim ki, səcdə qılmadı,Divi-məl’undur yəqin, anın adı şeytan olur.
Nəfsini hər kimsə bildi, həqqi bildi bigüman,Zərxəridə qul isə, aləmlərə sultan olur.
Maqta — the closing couplet bearing the poet’s pen name. Yar ilə bir ol, Nəsimitək, cahanda fariğ ol,Kim ki, aldanmaz cahanda, müşkülü asan olur.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-suretin-neqsinde-konlum-ey-senem-heyran-olur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Gedirəm, gələ bilmərəmAğlama, yarım, ağlama!
Təcnis: Məcnun olub səhralara düşmüşəmMəcnun olub səhralara düşmüşəm,Zeydsən Leylinin sorağını gör,
Məndən(Əli Əkbər) xidmətinəSalam olsun rəvan məndən
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.