Surətin nəqşində hər kim görmədi nəqqaşını,Vahibi-surət onun gözsüz yaratmış başını.

Qabü-qövseynin rümuzun sanma kim, fəhm eyləyəKim ki, zahir görmədi şol mahi-bədrin qaşını.

Ləbləri şirin nigarın firqətü hicranıdır,Axıdar yanınca şəmin gözlərindən yaşını.

Düşmədi batil xəyala, olmadı sevdası xam,Hər kimin kim, eşq oduyla həqq bişirdi aşını.

Gərçi fərraşi-məlikdir ənbərəfşan sünbülün,Çünki mən sultanı buldum, neylərəm fərraşını?

Həqqə vasil rindü həqdən ayrıdır zahid, görünXanəgahın şeyxini, meyxanənin övbaşını.

Dəmbədəm sufi məlamət daşın atar aşiqə,Daşı qiymətsizdir anın, içini gör, daşını.

Hasilin məscid bucağında gör axır kim, nədir,Ey məlamət eyləyən meyxanənin qəllaşını.

Yaşını yandırdı eşqin, həm qurusun könlümün,Kim ki, eşqə düşdü, yandırdı quruvü-yaşını.

Könlümün şəhrində eşqin bir imarət yapdı kim,Ta əbəd qoparmaz andan nöh fələk bir daşını.

Canımı eşqin əzəldə yoldaş etmiş özünə,Qoymaya yoldaşlığın həqqin bilən yoldaşını.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Nəsimi, halını gər kimsə bilməz, qəm degil,Həqq bilir xəlqi-cahanın sirrini, həm faşını.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love