Susadı könlüm nigarın lə'li-ruhəfzasinə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Susadı könlüm nigarın lə’li-ruhəfzasinə,Talibi-şövqəm həbibin surəti-zibasinə.
Ey səba, uğraşdığınca şol xuraman sərvə tuş,Məndən öp anın ayağın, səcdə qıl balasinə!
Gözləri sevdası aşiq canına qıldıqlarınOl bilir kim, aşiq olmuş nərgisi-şəhlasinə.
Eynini aç, eynimə bax, cümlə eynin eyniyəm,Səd həzaran can fədadır eyninin sevdasinə.
Sorma sevdayilərin halin, təbibi-amə kim,Düşməyən bilməz bu halə, gözləri sevdasinə.
Surəti, hüsnü cəmalı cümlə zibadır anın,Hüsnünə qurban olayım, bəlkə sər ta pasinə.
Kim ki, zahir görmədi üzündə həqqin surətin,Güzgüzü ari degildir, çarə qılsın pasinə.
Bibədəldir hüsn içində, lütf içində binəzir,Vahidiyyət sabit oldu hüsni-bihəmtasinə.
Xırmanında hüsnünün gündür başaqçı ay ilə,Utan, ey nisbət qılan, qaşi-hilalı dasinə.
Zahidin heç oldu zöhdü, heçə keçdi taəti,Başladı yasinə, şimdi kimsə gəlməz yasinə.
Çərxi-nərradin nüquşin tərs oxur gözsüz fəqih,Kə’bəteyni gör ki, atar hoqqabazın tasinə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ruhi-qüds oldu Nəsimi, cismini tərh eylədi,Gövhəri-fərd oldu düşdü vəhdətin dəryasinə.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-susadi-konlum-nigarin-le-li-ruhefzasine
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
جهان ز نیلم نال و روان ز نالم نیل
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.