Gəl, ey vəhdət qəzalı, sən bu səhradən nə istərsən?!Xəyalın həmnişin oldu bu tənhadən nə istərsən?

Tutubsan surəti-Yusif, könül Misrində sultansan,Vüsalın qiyməti keçdi Züleyxadən nə istərsən?

Sənin eşqin durur ruhum, bu zülfün əql gəncidir,Apardın əqlimi, bəs ruhi-şeydadən nə istərsən?

Sən eşq əhlinə, ey zahid, məlamət etməyi tərk et,Deyilsən sirrə vaqif, zöhdü təqvadən nə istərsən?

Maqta — the closing couplet bearing the poet’s pen name. Vidadi xəstə, gəl ədnasüfət dünyayə meyil etmə,Qıl əqlin var isə tərkin, bu dünyadən nə istərsən?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love