O göylərin altında səni tərk edən zaman,Tələsik addımlarla mən çıxanda otaqdan,Doluxsundun, o zaman beşcə yaşın var idi.Üzünə sel tək axan odlu göz yaşlarıydı.Beş yaş hara, sən hara, bu qədər əzab hara?Sən hara, körpə quzum, sonsuz iztirab hara?

Düşünürdüm, haraya, neçə vaxtlıq gedirdim,Doğma yurdu, anamı, səni, onuBəlkə də əbədi tərk edirdim.Kim bilirdi, nə zaman qayıdacaqdır bacın?Kim əlacın eyləmiş, ayrılığın əlacın?Tale bəlkə əbədi məni sizdən ayırdı?– Bəsdir, get – deyə, anam sonsuz təlaş içindəHey anları sayırdı.Dayanıb heykəl kimi sizə, baxırdım sizə,Baxırdım pəncərədən doluxsunmuş Təbrizə.O mənə sanki, “getmə”, “getmə” – deyirdi, inan,“Səni öldürəcəklər” deyirdiz bir ağızdan.Nə etdimsə, gözümdən bir gilə yaş çıxmadı,Sonsuz dərdim, kədərimNədən ötrü, bilmirəm, divarları yıxmadı.Bahar harda gəzirdi,Qış idi, qarlı bir qış.Görürdüm ki, nə sizdə, nə də ki, etirazaMəndə taqət qalmamış.Siz küçədə qaldınız, küçə... bir dəstə uşaq,Gedirdi ayaqlarım sözümə baxmayaraq.Göz yaşları qəlbimə, ürəyimə axdı hey,Özüm getdim, gözlərim sizə sarı baxdı hey.Siz unudub hər şeyi, məni düşünür, məni,Mənsə sizi düşünür, düşünürdüm ölkəni.Dönüb son dəfə baxdım, bu dərd necə ağırdı,Küçənin divarına söykənib qalmış anam,Getdiyim daş yollara min həsrətlə baxırdı.Elə bil ki, bilirdi hicran uzun çəkəcək,Sinəsində aramsız vururdu o gün ürək.Bəlkə görüşmədik heç, düşünürdün o zaman,Biz yenə görüşərik, uzun çəksə də hicran.Hər şey dəyişib dönür, sən ki, yaxşı bilirsən,Səni nə sakit edir, nə də aldadıram mən.Özün yaxşı bilirsən, həyat, zaman dəyişir,Təkcə həyat, zaman yox, həm də insan dəyişir.Olanlar yox olanda, yoxlar dönüb var olur,Səhər açılan çiçək axşam düşəndə solur.Zaman dəyişir, bəli, hər şey dönüb dəyişir,Günəş batır hər axşam, səhər yanıb alışır...İllər arxada qalmış, iyirmi beş yaşın olur.Bacınsa qırxı ötmüş, gənclik saralıb-solur.Vətən yenə güləcək, bunu bir vədə sanma,Bahar gəlir, qardaşım, boş sözlərə inanma!Sən bizim əməlləri nə mənasız, nə boş bil.İnanma düşmənlərə,Gördüyümüz o işlər elə xəyanət deyil.Biz vətənpərvərlərik, xainlər danır bizi,,Özü satqın olanlar, bil, satqın sanır bizi.Bizim məqsədlərimiz:Elə sonsuz səadət,Elə ağ gün diləmək,Bir də azadlıq olmuş,Bu məqsədlər yolunda, karvanımız, qardaşım,Nə dönmüş, nə yorulmuş.Bu yolda milyon ömür, milyon həyat qoymuşuq,Mənim qol-qanadımtək milyon qanad qoymuşuq.Mən öz əməllərimlə yaratmışam bir həyat,Yeni ömür dastanı, unudulmaz milyon ad.Biz qalxıb yüksəlmişik, düşmən isə alçalır,Gecə köçmək üzrədir, bil, səhərə az qalır.O göylərin altında oyanırsan hər səhər,Anam öz yatağından sənlə qalxır bərabər,Anam oxşayıb səni, öpərək yola salır,Sonra tanış otaqda yenə də tənha qalır.Nə etsin yazıq qadın,İtirmişdir bu yolda atamı da, məni də.Səni qoruyur indi,Bilirəm doğmaları itirmək çox çətindi.Düşünürəm, bilirəm nələr düşünür anam,Ötən ağır zamanlar çıxmamışdır yadından.O, düşünür atamla son görüşü, son günü,Ürəyində hələ də bağlı qalmış düyünü...Yadında saxlamışdır o, dərdi, kədəri də,Atamdan ayrıldığı o qanlı səhəri də.Onun çəkdiklərini yazsan bir kitab dolar,

Danışsan həyatını, yazsan bir tarix olar,Axşam o gedən oldu, geri dönmədi atam,Bu dərdlərin əlində nələr çəkmədi anam.O, azadlıq istədi,Sürgün oldu qisməti,Səadət carçısınınBu oldu səadəti.O cavan idi hələ,Qırx yaşı olmamışdı.Üzündəki təravət saralıb-solmamışdı.Sizi yalqız böyütdü zərif, zəif bir insan,Yıxılmadı, dönmədi, əyilmədi heç zaman.Sizi yaşatdı anam, itirdisə də onu,İtirdisə əvəzsiz olan ömür dostunu.Qapısını yağılar döydü bəlkə min kərə,Vuruşdu, qalib gəldi bütün çətinliklərə.Aparıb-gətirdilər, tutub saxladılar da,Özü heç ağlamadı, ona ağladılar da.Belə olur həmişə igidlərin anası,Belə olur bu odlar ellərinin sonası.Hər kəsin bu dünyada bircə həyat yolu var,Şərəflə ömür sürür elə sadiq olanlar.Anam bu yola sadiq, atam vuruşan əsgər,Həyatımı mənim də bilmək istəsən əgər,Sədaqətlə, qardaşım, bu yolda çalışmışam.Sönməmişəm bir an da, məşəltək alışmışam.Yabanı oğlar üstə cığırlar açım, deyə,Qatı qaranlıqlara işıqlar saçım, deyə,Yaşamaq istəyirəm alışıb-yanmaq üçün,Bilirsən, doğulmuşam yanıb odlanmaq üçün.O göylərin altından uzaqda olsam da mən,Vətən səadətiçün vuruşmuşam ürəkdən.Fəqət sən o göylərin, səmanın altındasan,Sən tanış küçələrdən ötüb keçdiyin zaman,Xatırla tarixinin şanlı səhifəsini.Min doqquz yüz qırx beşi...O vuruş səhnəsini.Unutma bircə şeyi, bir zamanlar olacaq,Azadlığın yolunda bəlkə qanlar olacaq.Yaşımın yarısıdır indi sənin də yaşın,Vətən üçün, el üçün indi çatılsın qaşın.Bu yolda ölənləri, itənləri düşün sən,Atamı xatirinə gətir, məni düşün sən.Mən sən yaşda olanda üsyan deyə bağırdım,Elləri azadlığa, ağ günlərə çağırdım.O zaman mənə, indi sənə göz dikmiş Vətən,Bil ki, bizə həmişə, yenə göz dikmiş Vətən.Demirəm qocalmışam, nəfəsim buzlar qırar,Önümdə düşmənlərim yenə köməksiz durar.Biləyim nazik isə, dərdim ağırdır, ağır,Sən məni, köməyinə gələrəm, yenə çağır.Cavanların içində yeni bir cavanam mən,Cavanlığın özünə çünki pasibanam mən.Yadımdadır ayrılıq, yadımdadır göz yaşın,Yaşımın yarısıdır, qardaş, sənin də yaşın.Gələcəyin, ağ günün, həyatın özü səndə,Xalqımın, vətənimin, elimin gözü səndə.Yeniliyə, həyata, gələcəyə dayaqsan,Həyatda əbədi yox, adi qonaqdır insan,Fəqət qalır dünyada yaxşı ad, yaxşı əməl,Vətənini, elini düşün hər şeydən əvvəl.Dağ dağa qovuşmasa, el elinə qovuşar,O göylərin altında sənin çox dostların var.Biz səninlə yenə də görüşərik, inan sən.Bunu özgə söyləmir, qardaş, mən deyirəm, mən.Hicran çatmış yükünü, vüsal yenə qovuşar,Qış yığışıb köçməyə, yenə gələcək bahar.Vətən yenə bizimlə ağ günlərə çıxacaq.Tanış eyvandan bizə, ay, ötən günlər kimi,Min həsrətlə baxacaq.Anam samovar qoyub, çayı dəmləyəcəkdir,O göylərin altına ağ günlər gələcəkdir.Biz çox uzaqlarda da yaşadıq elimizdə...Biz vətənpərvərlərik, vətəndir dilimizdə.O göylərin altında büsat quracağıq biz,Öz bayram paltarında görünəcəkdir Təbriz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland