Bayatılar
Gözəlim ana Təbriz,Yaralı sona Təbriz,Sənsiz keçən günlərimGələrmi sana, Təbriz?
Sən gözümün işığı,Ömrümün yaraşığı,Şimşək qanadlı tərlan,Zülmətlər üstə şığı.
Gecə-gündüz oyaqsan,Ellərimə dayaqsan,Azadlığın yolundaSən qızıl bir mayaksan.
Ağzımızın dadısan,Qəlbimizin odusan,Bisütunlar uçuranAzadlıq Fərhadısan.
Vüqarındır Savalan,Yaramızdan hov alan,Səttarxanı yada sal,Tərlan kimi havalan.
Al qanın Araz oldu,Qəlbin yanar saz oldu.Buludların dağıldı,Göylərin ayaz oldu.
Bakı Təbrizdən uzaq,Oldunuz bizdən uzaq.İnsan necə ömr edərKönüldən, gözdən uzaq.
Əzizim, yaxşı dolan,Həmişə yaxşı dolan.Neçə ömür yaşayırÖzündən sonra insan.
Əzizim, izim qalar,Yollarda izim qalar,Sənin qara gözündəHəmişə gözüm qalar.
Əzizim, dağlar üstə,Dağ vurdun dağlar üstə,Bülbül olub uçaydıqTəbrizdə bağlar üstə.
Əzizim aşıb-daşar,Sel gəlib aşıb daşar.Dağ-dağa qovuşmasa,El-elinə qovuşar.
Səhər güllər açılır,Günəş gülə saçılır.Desələr, inanma gəl –Sənsiz könlüm açılır.
Bizim ellər gülüsən,İncə bellər gülüsən.Sənə gül necə deyim,Sən ki, güllər gülüsən.
Mən öləndə ağlama,Ürəyimi dağlama,Dünyadan doymamışam,Gözlərimi bağlama.
Əzizim, yaman oldum,Yaxşıkən yaman oldum.Həmişə yanan idim,Yenə də yanan oldum.
Əzizim, bir dənəsən,Yaqutsan, dürdanəsən,Mənimçün bir dənəydin,Yenə də bir dənəsən.
Təbriz, Zəncan, Marağa,Salmış məni sorağa.Yaxınlıq arzuladım,Niyə düşdüm uzağa.
Gözündə var xumarlıq,Sənsən qəlbimə varlıq.Sənsiz hər yerdə dünyaEdər başıma darlıq.
Hər dərdin dərmanı var,Hər qəlbin sultanı var.Öldürmə aşiqiniHər qanın bir qanı var.
Dağlar başı dumandır,Uzaq durma, amandır,Ayrılığın bir yanaVəslin daha yamandır.
Kaş axan göz yaşıtək,Səni unutsun ürək.Gözəllərin vəfası,Rəhmi bu imiş demək.
Səni gözlər gözlərim,Ürəkdə çox sözlərim,Səni görəndən bəriNeçin ağlar gözlərim.
Gəl, ey sabah yeli sən,Uçum qanadında mən.Görüb sevəndən bəriTaqət uçmuş dizimdən.
Gənclik solmaz bahardır,Onun min hüsnü vardır.Cavan ikən qocaldım,Dünya başıma dardır.
Arzular, ay arzular,Qəlbimdə çox arzu var.Qara günlü ürəyimSənə ağ gün arzular.
Hava qaranlıqlaşır,Dərdim başımdan aşır.Yarım, səni görəndəAğlım, fikrim dolaşır.
Əzizim, qıyqacısan,Həm şirin, həm acısan.Həm sevgim, məhəbbətim,Həm başımın tacısan.
Əzizinəm bir də bax,Ömür keçir bir də bax.Həyat axır Kür kimi,Ağ saçına Kürdə bax.
Əzizim baxdı getdi,Nur kimi axdı getdi.Mən ona neyləmişdimKönlümü yaxdı getdi.
Sevgisiz ömür yarı,Sənmisən ömür yarıÇağır görüşə gəlimBu yarı yoldan barı.
Sən söhbətim, sən sazım,Sən baharım, sən yazım,Sən poz hicran sözünüVüsal sözünü yazım.
Toy ola, düyün ola,Sabah yox, bu gün ola.Kaş insan səadətiHər şeydən üstün ola.
Bizi yada salan var,Qara gözü dolan var,Açıl, vətən yolları,Gözü yolda qalan var.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-bayatilar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Özün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
زهی با حسن تو همدم صفا و لطف روحانیبه زلف ار سایه خضری به لب چون آب حیوانی
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.