İntiqam
Vətəndir könlümdə şirin arzular;Vətəni sevməyən olar zəlil, xar.Bu odlar ölkəsi, bu Azərbaycanİgidlər bəsləyib qoynunda hər an.Dəfələrlə batıb qana bu torpaq,Təslim olmamışdır yadlara ancaq!Bu torpaqda ölüb min igid aslan,Burda can vermədi məgər Səttar xan?Minbir qanun gördük, minbir hökmran,Dağılıb talandı saysız xaniman.Can verdi burada Xiyabanilər,Zindanlar küncündə mərd Əranilər.Onlar getdilərsə, əgər cahandanTarix yaşadacaq onları hər an,Yenə pərişandır bacım, qardaşım,Qana boyanıbdır torpağım, daşım.Yenə açılıbdır xalqıma zindan,Can verir namusla hər sevən insan.Yenə də ellərim çəkilir dara,Nakam sinələrə vururlar yara.Səslənir qollarda zülmün zənciriNahaq qan boyayıb yenə hər yeri.Sonsuzdur düşmənə nifrətim mənim,Yanır şölələnir hiddətim, kinim.Sən, ey fitnə, fəsad yaradan düşmən!Qoy haqqın səsini eşitsin cahan:Bu gün vətənimdə inləyən insanSabah olmayacaq daha pərişan.Nə qədər vətənə varsa ülfətimO qədər düşmənə vardır nifrətim.Ey tufan eyləyən cəllad, bil bunu,Sən boğa bilməzsən odlar yurdunu!Nifrət bəsləyibdir bu torpaq sənəBağlıdır xalqımız ana vətənə.Bunu unutmamış xalqımız ancaq:O gün ki, yenidən silahlanacaq.O gün kəsiləcək zalımın əli.Düşəcək torpağa zülmün heykəli!Zülmün atəşilə yanan ürəklərBu al qan çilənmiş güllər, çiçəklər,Səttarxandan qalan bu şanlı bayraq,Şəhidlər yatağı bu qara torpaq,Qan ləkəsi alıb qaralan dodaq,Başı əyilməyən hər təpə, hər dağ –Hamı bir səsiylə deyir – intiqam!Bu səsdən alıram şerimə ilham.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-intiqam
Use ← → keys to move, R for a random poem