Sənin nəyin var
Qəvaməssəltənəyə
Sən, ey alçaq xain, zülmkar Qəvam!“Peymanı” pozmağa edibsən iqdam.Quldur bir dövlətə olubsan qulamAçıq bir gözüm var, sənin nəyin var?Həqiqət sözüm var, sənin nəyin var?
Vətən duyğusudur bu duyğularım.Sonsuz diləyim var, xoş arzularım,Dağlardan möhkəmdir eşqim, ilqarım.Gözəl Vətənim var, sənin nəyin var?Çölüm, çəmənim var, sənin nəyin var?
Zülmət məhv eləməz nur saçan günü,Yaxındır ölkəmin səadət günü,Bir aydın səhərdir gecənin sonu...Cahi-cəlalım var, sənin nəyin var?Parlaq iqbalım var, sənin nəyin var?
Aslanlar yurdudur şərəfli Təbriz,İşıqlı umudla yaşayırıq biz,Həqiqətdən doğmuş şanlı firqəmiz.Amalım, arzum var, sənin nəyin var?Xəzansız yazım var, sənin nəyin var?
Xoşdur pərvanəyə odlara yanmaq,Bizlər pərvanəyik ölkəmiz çıraq.Səndən cinayətlər qalmışdır ancaq.Şərəfli xalqım var, sənin nəyin var?Hüququm, haqqım var, sənin nəyin var?
Sən öz vətənini özgələrə sat,Nə qədər bacarsan xalqını aldat.Mənimdir gələcək adlı xoş həyat,Şanlı bayrağım var, sənin nəyin var?Öz əməl bağım var, sənin nəyin var?
Təbriz, 1946
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-senin-neyin-var
Use ← → keys to move, R for a random poem
More by this author
1945-ci ildə Cənubi Azərbaycanda Milli hökumət qurulmuşdu. Bir il sonra, həmən gündə İranın irticaçı qoşunu Cənubi Azərbaycana hücum edib orada Milli hökuməti dağıtmış, qəhrəman ana və bacılarımızı öldürmüşdü. Xalqımız hər il “21 Azər” gününü ən böyük bayram kimi, İran hökuməti isə bu günü “Qələbə” günü kimi qeyd edib, “şəhidlərini” yad edir.*Qatil öldürdüyünə oturub ağlayarmış,
AnaTəbriz kədərliydi, sən ağlayırdın,Gecəydi biz səndən ayrılan zaman,
Danışır anamSən qürbətdə qalalı,Qürbəti sevmişəm mən.
O göylərin altındaO göylərin altında səni tərk edən zaman,Tələsik addımlarla mən çıxanda otaqdan,
Poems by other poets · Homeland
Yaxamda xatirə səndən bir incə gül qalacaq,Gözümdəsə əbədi canlı bir şəkil qalacaq.
Küçə uşağıGörsəm çamırlı bir küçədə oynayır haçaq,Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq,
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
UnutmaAşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.