1945-ci ildə Cənubi Azərbaycanda Milli hökumət qurulmuşdu. Bir il sonra, həmən gündə İranın irticaçı qoşunu Cənubi Azərbaycana hücum edib orada Milli hökuməti dağıtmış, qəhrəman ana və bacılarımızı öldürmüşdü. Xalqımız hər il “21 Azər” gününü ən böyük bayram kimi, İran hökuməti isə bu günü “Qələbə” günü kimi qeyd edib, “şəhidlərini” yad edir.

Qatil öldürdüyünə oturub ağlayarmış,Hələ utanmayaraq bir yas da saxlayarmış.İran, Azərbaycanı qılıncdan keçirərək,Susdurmuş ölkəmizdə min bir döyünən ürək,Qəhrəman oğulları boğazlarından asmış,Kölgə kimi Vətəni qarış-qarış dolaşmış,Obaları dağıtmış, qarət etmiş sərasər.Əzablardan kənarda qalmamışdır bir nəfər,Batırmışdır elimi yenə qara günlərə,Taxmışdır körpələri parlayan süngülərə.Qan çiləmiş atamın ağarmış saçlarına,Tutub şallaq vurdurmuş qoca vaxtında ona.İndi o timsah kimi göz yaşları tökür, bax.O, qarət günlərindən min bir dastan açaraq,Budur, ağız dolusu şəhidlərdən danışır.

Onun cəllad ürəyi sanki yanıb alışırVətənimin, elimin bu dözülməz halına,Düşmən yanır elə bil düşmənin əhvalına.Azərbaycan adına bir təranə oxuyur,O, böhtan atır bizə, min bir yalan toxuyur.Deyir: İran mülküdür Azərbaycan torpağı,Yenilməz bir qayadır hər təpəsi, hər dağı.Lakin demir, zamandır yaralıdır ölkəmiz.İntizarla ömr edir başı bəlalı Təbriz.O demir, nələr çəkir yadlardan Azərbaycan,Yadellilər xalqıma ölkəmdə vermir aman.Qatil ağız dolusu ölənlərdən danışır,O bilmir anaların qəlbi bundan alışır.Düşmən, eşit, qatili yaxşı tanıyar ana.Danışdığın bu sözlər yaddır Azərbaycana.Yaxşı bax, anaların qaşı çatılmış bu gün,Düşüncələr qəlbləri didib-dağıdır bütün.Qatil, ürəklərimiz çoxdandır ki, dardadır,Hamı nəsə axtarır, gözlər intizardadır,Uşaqlar itirdiyi ağ günləri gəzir, bax,Nahaq axan qanları udan bu qanlı torpaq,Hər gün yeni bir çiçək yetirir sinəsində.Min həyəcan duyulur anaların səsində!Yox, qatil, əməllərin çıxmamış yadımızdan,Sən bizim körpələri beşikdə boğan zamanƏllərin qana batmış, tanıyır ellər səni,Hələ tanıyacaqdır gələn nəsillər səni!Yazmışdır sinəsinə əməlini bu torpaq,Onu əsrlər boyu özündə saxlayacaq.Bax, cəllad, Təbriz bu gün qara şal bağlamışdır,Azərdə ölənlərə özü yas saxlamışdır.Çömçə qazandan isti çıxa bilməz, bil ki, sən,Qara əməllərini unutmayacaq Vətən!

21 Azər, 1956

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland