Qızarar gül kimi şəfəq bir günAlar əflak onda nurü-ziya.Bürünər çün Vətən şəfəqlə bütünQalmaz heç zülmdən nişan əsla.Bayrağım asimana yüksələcəkGözlə, gözlə, Qəvam! o gün gələcək!

Olacaq ölkəmiz yenə gülşən,O saralmış üzü işıqlanacaq.Azəristan kimi şərəfli VətənEl gücündən yenə nicat alacaq.Səni¹ xalqım o gün ki, xar edəcəkO zaman ölkəm iftixar edəcək.

Xalqımız qeydi-bəndü zənciriQıracaqdır cahanda qüdrət ilə.Vətən uğrunda can verən nəfəriYaşadar yurdumuz şərafət ilə.Ellər öz intiqamını alacaq,Vətənim onda kamiran olacaq.

Tökülən gül kimi təmiz qanlarYaradıbdır şərəfli abidələr.Tarixə bu mübariz insanlarYazdılar qanlarıyla xatirələr.

¹ Qəvaməssəltənəyə işarədir.

Çünki ölməz şərəfli bir amalTarixin ölməsi mahaldı, mahal.Xalqımın məskəni olar dağlarVətən azadlıq almayınca inan.Şairin də ürəkdə həsrəti var –Rahat olmaz dəyişməyincə zaman.Bizi qorxutmayır ölüm, zindan,Ölməyir çünki haqq sevən insan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland