Tənha qaldı nazlı yarım,Dağlar qoynunda-qoynunda.Cüt şamama peymanını,Bağlar qoynunda-qoynunda.

Peşkəş olmaz nar gələnə,Meyvə qalmaz qar gələnə.Amanatı yar gələnəSaxlar qoynunda-qoynunda.

El yox bizim ellər kimi,Sadiq siyah tellər kimi,Yarsız sular-sellər kimi,Çağlar qoynunda-qoynunda.

Alını yarı şad eylər,Bir kəs birini ad eylər,Bülbül gülsüz fəryad eylər,Bağlar qoynunda-qoynunda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love