Dağlar bizim dağlarmola
Yönü bəri baxan dağlar,Dağlar bizim dağlarmola?!Sərin sulu, car bulaqlı,Dağlar bizim dağlarmola?!
Açılıb qönçə, nərgizlər,Karvan azsa, yolu izlər,Gözəllərin yolun gözlər,Dağlar bizim dağlarmola?!
Mən deyirəm bu sözləri,Sinəmdə eşqin közləri,Çox gəzmişəm o düzləri,Dağlar bizim dağlarmola?!
Baxırsan yarı görəndə,Gözəllər zülfün hörəndə,Hicran coşub dərd verəndə,Dağlar bizim dağlarmola?!
Bu görükən Vers dağına,Dikpilləkən tərs dağına,Oxşayır cənnət bağına,Dağlar bizim dağlarmola?!
Sarıyalın beli düzdü,Bulaqları tamam buzdu,Gözəllərdən əlim üzdü,Dağlar bizim dağlarmola?!
Yolaşan, Böyük yoxuşdu,Qoşqar dağda hələ qışdı,Alı deyər, vaxdı keşdi,Dağlar bizim dağlarmola?!
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-daglar-bizim-daglarmola
Use ← → keys to move, R for a random poem
More by this author
Arif ziba görsə, meyl etməz ona,Göstərmə gəl, sərraf, bir gözə ləli.
Dal-dalaYaz açılcaq gəl çiçəyin seyrinə,Təbib deyər qoy tökülsün dal-dala.
Damı da yansınUçubdu könlümün dəri, divarı,Bir sütun vurgunan damı dayansın.
De bir üz-bir üzVaxt məni tulladı qəm dəryasına,Ovçuyam gəzirəm de bir üz-bir üz.
Poems by other poets
Bir səs gəldi uzaqdan, uzaqdan,Səs yoğrulub fəraqdan, fəraqdan.
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.