Hələ yorulmamışam
Bir səs gəldi uzaqdan, uzaqdan,Səs yoğrulub fəraqdan, fəraqdan.Azadlığın təşnəsi o səsiDinləyirəm nə vaxtdan, nə vaxtdan.Sinəm üstə yara var, yara var,Çalın-çarpaz bu dağdan, bu dağdan.Həsrət dörd nala çapsa qorxuramSala məni ayaqdan, ayaqdan.Ürəyimin səsini dinlədi,Bir quş ötdü budaqdan, budaqdan.Dedim, bir də il məni, il məniKaş çıxara sınaqdan, sınaqdan.İllər, aylar ayırıb nə vaxtdırMəni anam torpaqdan, torpaqdan.Nə ola bircə ovuc su içəm,O yarpızlı bulaqdan, bulaqdan.Bir quşam doymamışam yurdumunDağlarına qonmaqdan, qonmaqdan.Hələ yorulmamışam vətənçünAlışmaqdan, yanmaqdan, yanmaqdan...
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-hele-yorulmamisam
Use ← → keys to move, R for a random poem
More by this author
Saçlarıma ağ cığırlar salmağa,Günlər, aylar, illər yaman tələsdi.
Sinəmdə min sözlü bir kamanım varSinəmdə min sözlü bir kamanım var,Əl vursan danışar ay şirin-şirin.
Uşaqlıq da həyatdır...Ömür var, qismətinəƏzəldən bahar düşüb.
Yadıma Xəzər düşürNə zaman ki, saçımı darayıram, hörürəmYadıma Xəzər düşür, yadıma sən düşürsən.
Poems by other poets · Separation
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Bir aşiqi-hürriyyətin ehtisasati-ruhiyyəsini təsvir və irae edən bir lövhədirSüyuli-qəm ediyor qəlbimi xərab mənim,Cahanda sanki nəsibimdir iktirab mənim
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
MəniQəza qırdı şikarımı tüyürdən,Qədər mindiribdi yad ələ məni.