Yadıma Xəzər düşür
Nə zaman ki, saçımı darayıram, hörürəmYadıma Xəzər düşür, yadıma sən düşürsən.Nə zaman yarpaqları pıçıldaşan görürəmYadıma Xəzər düşür, yadıma sən düşürsən.
Elə ki, göylər qızı yuxusundan oyanır,Səmanın ətəkləri qızıl rəngə boyanır.Bir ani ayrılıqdan sinəm od tutub yanır,Yadıma Xəzər düşür, yadıma sən düşürsən.
Karvan-karvan buludlar ağarır ləpələrtək.Onlar yəqin bir azdan uzaqlara gedəcək...Qaş qaralır, səmada ulduzlar yanır tək-tək,Yadıma Xəzər düşür, yadıma sən düşürsən.
Uzaqdan pərdə-pərdə mahnı səsi yüksəlir,Könlümün aynasından kədəri, qəmi silir.Şirin xatirələrim təzədən dilə gəlir;Yadıma Xəzər düşür, yadıma sən düşürsən.
Bakı bu görkəmiylə nəğməyə, sözə dönür,Yer nura qərq olduqca göydə ulduzlar sönür.Şəhərin sinəsində sanki dəniz döyünür,Yadıma Xəzər düşür, yadıma sən düşürsən.
Fikrim qanadlanıbdır bir şeir həsrətiylə,Ürəyim çox yanıbdır bir şeir həsrətiylə.Bir insan ülfətiylə, bir dəniz şəfqətiyləYadıma Xəzər düşür, yadıma sən düşürsən.
Xəzər duzlu, sən duzlu, ikiniz də çağlayan,İkiniz də sevgini daim əziz saxlayan.İstər uzaqda olum, istər yaxında inanYadıma Xəzər düşür, yadıma sən düşürsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-yadima-xezer-dusur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Fələyin əlindən qılan ah-ü zar,Biri mənəm, biri, ya rəbb, kim ola.
نشسته بودم و دیدم ز در بشیر آمدکه «خیز و جان و دل آماده کن، امیر آمد»
AxşamlarÖlkənizdə varsa sizin bir qərib,Baxın gözlərində nə var axşamlar!
Bir nigari-novbaharın gül camalın istərəmBir nigari-novbaharın gül camalın istərəm,Lölöyi-tər tək camalı üzrə xalın istərəm,