Fələyin əlindən qılan ah-ü zar,Biri mənəm, biri, ya rəbb, kim ola.Gül rüxsarına çəkən intizar,Biri mənəm, biri, ya rəbb, kim ola.

Ey gözləri cəllad, qaməti mövzun,Bu qədər bəndəni eyləmə dil xun,

Sərgəştə-yi aləm halı dəgər-gun,Biri mənəm, biri, ya rəbb, kim ola.

(Kərim)in könlünü eyləmə viran,Zülmdən usanıb halına biryan,Hicran ələmindən didəsi giryan,Biri mənəm, biri, ya rəbb, kim ola.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation