Ömür var, qismətinəƏzəldən bahar düşüb.Ömür var, günlərinəYoxuşlu yollar düşüb.Uşaqlıq da bir ömür,Uşaqlıq da həyatdır.Qəm dolu, sevinc doluNəğmədir, xatiratdır...Kiminin uşaqlığıSıldırım qayalarda,Aranda, dağda qaldı.Kiminin uşaqlığıİlişib yarpızlaraO buz bulaqda qaldı.Kiminin uşaqlığıSərin, göy meşələrdəOcaq başında qaldı.Kiminin uşaqlığıGöz yaşlarında deyil,Yaz yağışında qaldı.Kiminin uşaqlığıƏrköyün dalğalarınNəğmə səsində qaldı.Ağ göyərçin qanadlıLəpə səsində qaldı.Kiminin uşaqlığıƏlçatmaz ağaclarınYaşıllığında qaldı.Gecə tonqal başında,Ay işığında qaldı.Kiminin uşaqlığıVaxtsız sınan, qırılanHəzin laylada qaldı.Kiminin uşaqlığıRəngbərəg daşlar kimiTöküldü, çayda qaldı...Kiminin uşaqlığıDəcəl kəpənəklərlə,Güllər içində qaldı.Kiminin uşaqlığıDağa, yaylağa qalxanBir el köçündə qaldı...Mənim uşaqlığımTəlatümlərdə keçdi,Boranda, qarda qaldı.Köksü həsrət yazılıDilsiz yollarda qaldı,Dilsiz yollarda qaldı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets