Təbrizim-mənsizimR.Rza

Söylədin yuxuma gəlir arabir,Sənin Təbrizinlə, Təbrizim mənim,Dərdini ahəstə danışır, deyir,Sənsizim, sənsizim, sənsizim mənim.

Gəldi xatirimə “Didərginlər”in,Həsrətim də dərin, yaram da dərin.Oxşadı könlümü o həzin şerin,Bildim sənsən doğmam, əzizim mənim.

Eşitdi səsini Əhrab, Küçəbağ,Sənətin gücünə, qüdrətinə bax.Bir vüsal eşqilə kövrəldi ancaq..Süsənim, sünbülüm, nərgizim mənim.

Səni əks elədi öz sinəsində,Çəmən sinəsində, düz sinəsində.

Qaynadı nə qədər söz sinəsində,Dindi çeşməm mənim, kəhrizim mənim.

Yandıqca olmusan elin ozanı,Kədərin, sevincin ulduzlar sanı.Unudan deyildir Rəsul RzanıGözəlim, göyçəyim, gül üzüm mənim,Təbrizim, Təbrizim, Təbrizim mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring