Ağ çiçəklər səpilmişdi üstə çəmənin,Elə bildim buludlardan torpaq süd əmmiş.Gülüşünə qərq olubmuş bu dünya sənin,Mən bu səsdənbu dünyada xəbərsizəmmiş.Ürəyimin ən müqəddəs hissləri sənsən,necə əziz gülüşlərin, doğma səsin var.Məncə, hansı rəssamınsa əsəri sənsən,sən yeganəşəkilsən ki, öz nəfəsin var.

Budaqları başım üstə yellər əyirdi,yerlər, göylər sevincimə göz qoyurdular.Günəş sənin xatirinə gülümsəyirdi,quşlar sənin xatirinəoxuyurdular.

Dünya bir az nağıl idi, bir az həqiqət,Məhəbbətə səsləyirdi bu məna məni.Belə gözəl, belə qəşəng, belə qiyamətNə dünyanımən görmüşdüm, nə dünya məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring