Mənim sağlığıma içdilər dünən,dedi arzuna çat bir nəfər, dünən.Siz çatın, mən amma çatmayacağam,mən heç vaxt arzuma çatmayacağam.

Mənim arzum hara, daha mən hara,xatirə söyləsəm... bu bir yığındır.Mən arzuma çatsam bədbəxt olaram,bəlkə xoşbəxtliyim çatmamağımdır.

Kim isə, bəlkə də burda susacaq,nə deyim,yox, o da müqəssir deyil...Xoşbəxt olmaq ilə – arzuya çatmaqmən sizi bilmirəm, məncə bir deyil.Bu da sirr deyil.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets