Həkim çox qulaq asdı,Ürəyimi yoxladı.Həssas barmaqlarınıNəbzim üstə saxladı.Qəlbinin döyüntüsüArtmış bir qədər, – dedi.İçsən bu dərmanlarıYəqin düzələr, – dedi.Söylədim, aman həkim,Əbəsdir dərman, həkim.Qulaq as ürəyiminTellərini dindirənHəsrətə, qəmə, həkim.İçsən bu dərmanlarıSağaldar demə, həkim.Vətəni darda qalan,Gözü yollarda qalanBir elin xəstəsiyəm,Nüsxə yazma nahaqdan.Mənə bir çiçək gətirO eldən, o torpaqdan.Boynu bükük bənövşə,Bağrı yarıq lalə dər.Məni dərmanlar deyil,O çiçəklər dirildər.Savalanın qarındanBircə ovuc tap, həkim.Bu vaxtsız ayrılıqdanÇəkməyim əzab, həkim.Qoyum sinəmin üstəYanğım azalsın barı.Sanım ki, Təbrizdəyəm,Unudum ağrıları,Uunudum ağrıları...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring