Amandır toxunma qəlbimə qafil
Amandır toxunma qəlbimə qafil,Yandırıb sinəmi söz asta-asta.Qoy axsın gözümün yaşları sel-sel,Sönsün sinəm üstə köz asta-asta.
Həsrət duyğuludur gecəm, gündüzüm,Mən eldən, obadan necə əl üzüm?Aylar, illər ötür, yoldadır gözüm,Elə deyirlər ki, döz asta-asta.
Keçdi neçə bahar, keçdi neçə yaz,Ömrümdə olmadı ürəyimcə yaz.Bir daha cavanlıq qapımı açmaz,Düşdü öz tovundan göz asta-asta.
Dedilər vüsaldır dərdinə əlac,Kimsəyə nə yalvar, nə də ki, əl aç.Oldum vüsalına yenə təşnə, ac,Qəmim birdi, oldu yüz asta-asta.
Gülgün, ürəyini açma hər kəsə,Qaysaq tutmuş yaran çıxmasın üzə.Günləri, ayları çevirib sözə,Şeir dəftərinə düz asta-asta.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-amandir-toxunma-qelbime-qafil
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Ana, billah dura bilməm,Mən bağrı daş, halal eylə.
Yarımın sevdası gəzir başımdaYarımın sevdası gəzir başımda,Min səsli, sədalı telə bənzəyir!
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yetQərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.