Hicran ağla dedi, vüsal gül dedi
Dənizsahilində dayanmışam tək,Ani tənhalıqdan sıxıldı ürək.Səmadan, sulardan qalxdı bir ahəngBulud ağla dedi, dəniz gül dedi.
Gah coşqun çay oldum, gah dilsiz axdım,Odlu şimşək kimi göylərdə çaxdım.Bir görüş eşqiylə yollara baxdım,Hicran gəlmə dedi, vüsal gəl dedi.
Halal bir əməklə açdım qol-qanad,Mənasız keçmədi ötən hər saat.Hikmətli kitaba bənzəyir həyat,Kimi bilmə dedi, kimi bil dedi.
Hər kəsə açmaram ürək sözümü,Gülgünəm, tufanlar əyməz dizimi.Göydə şimşək çaxdı, ayaq izimiGünəş silmə dedi, yağış sil dedi,Hicran gəlmə dedi, vüsal gəl dedi...
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-hicran-agla-dedi-vusal-gul-dedi
Use ← → keys to move, R for a random poem