Bir gülşən istəyirəm,Çiçəkləri təzə, tər-Hüsnünü soldurmasınVaxtsız əsən küləklər.

Bir xırman istəyirəm,Tər tökəm, dərz bağlayam.Bir bulaq istəyirəmO axa, mən çağlayam.

Bir ömür istəyirəm,Vüsal ilkin qonağı.Bir sinə istəyirəmOnda yox hicran dağı.

Bir dünya istəyirəm,Qələm çəkə möhnətə.Sülh bayrağı bəxş edəBütün bəşəriyyətə.

Bir nəğmə istəyirəm,Nəğmələrə baş ola.Yer üzündə kaş hamı,Dost ola, qardaş ola.

Bir vüsal istəyirəm,Anama çatmaq üçün.Yaşamaq istəyirəmSabahkı günlərimdənNəğmə yaratmaq üçün.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation