Dözə bilməsəm də
Oğlum Araza
İlk dəfə arxanca su atdım, oğul,Getdin, evimizə həzinlik doldu.Yatmış həsrətimi oyatdım, oğul,Yenə ana qəlbim halbahal oldu.
İlk dəfə süfrədə yerin göründü,İlk dəfə xörəyin bilmədim dadın.İlk dəfə...eh sənə nə deyim indi,Məni qınamazdın ata olsaydın.
Üz-üzə dayandı hiss ilə ağıl,İlk dəfə hissimi boğdum özüm mən.Kamil görmək üçün səni, ay oğul,Dedim, ayrılığa gərək dözüm mən.
Dedim, get həyatı öyrən dərindən,Yoxla dönə-dönə hər cücərtini.Hali ol torpağın öz sirlərindən,Qoy torpaq böyütsün, ucaltsın səni...
Dedim, get, qəlbimdə arzular rəng-rəng,Təbiət nə nağıl, nə həvəs olsun.Gördüyün hər yarpaq, hər ot, hər çiçək,Sənə təzə məktəb, təzə dərs olsun.
Dözə bilməsəm də sənsiz bircə an,Sən get öz arzunun dalınca, oğul.Get, qorxma həyatın yoxuşlarından,Get, kamil bir insan olunca, oğul.
Varaqla kitabtək bu torpağı sən,Canlı da, cansız da sözlə doludur.Zəhmətə əyilsən, yüksələcəksən,Torpaq ən müqəddəs həyat yoludur...
Təki bu vətənə, bu elə yara,Yüz həsrətim olsa dözərəm, inan.Dincliyi sən işdə, hünərdə ara,Get, qorxma həyatın imtahanından...
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-doze-bilmesem-de
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
آن سرشته به عقل و دانش داد
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Sünbül dənə dolub əydi başınıSünbül dənə dolub əydi başını,Səhərin mehində baxdı torpağa:
Gəncüm AğayaGəncüm ağa, vilayətin dərdiniƏlbəttə get sahibkara ərz elə